Məşhur komediya aktyoru VƏFAT ETDİbackend

Məşhur komediya aktyoru VƏFAT ETDİ

Amerikalı komediya ustası Pat Kuper 94 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Kuper səhnə karyerasına 50-ci illərdə başlayıb. “The Jackie Gleason Show”dan sonra o, gecə klublarında çıxış etməyə başlayıb. Aktyor daha sonra Nyu-Yorkda öz şoularını nümayiş etdirib.

Belə ki, Kuper epizodik rollara da çəkilib, onu “Çarlinin mələkləri”, “Bunu təhlil edin”, “Los-Anceles qanunu” və digər komediya filmlərində görmək olar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*