Məşhur mal-qara bazarı yeni ünvana köçdü – FOTObackend

Məşhur mal-qara bazarı yeni ünvana köçdü - FOTO

Biləsuvar rayonunda mal-qara bazarı yeni məkana köçürülüb.

KONKRET.az xəbər verir ki, yeni bazar Əliabad kəndində fəaliyyət göstərir.

Bazarın sahibi Azər Rəhimlinin sözlərinə görə, bura 15 rayondan alıcı və satıcılar gəlir. Alqı-satqı mərkəzinin ərazisi 4 hektar sahəni əhatə edir. Yeni bazarın ərazisi hasara alınıb, işıqlanma və müşahidə kamerası sistemi ilə təchiz edilib.

O, qeyd edib ki, köhnə bazar şəhərin girəcəyində yerləşdiyi üçün ərazidə tez-tez tıxac yaranırmış.

Bazar bu gündən fəaliyyətə başlayıb./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*