“Amerikalı müğənni Taylor Svift Pentaqonda işləmir, bu məlumat həqiqətə uyğun deyil”.
KONKRET.az “Politico”ya istinadən xəbər verir ki, bunu Amerika Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq deyib.
Bundan əvvəl “Fox News”un aparıcısı Cess Uotters Pentaqonun psixoloji əməliyyatlar bölməsinin Sviftə təxminən dörd il əvvəl əməkdaşlıq təklif etdiyini bildirmişdi.
Sonra Şimali Atlantika Alyansının Kiber Müdafiə Mərkəzinin konfransından 2019-cu ilə aid bir video nümayiş etdirilib və müğənni “nüfuzlu insan” kimi göstərilib.
Uotters bildirib ki, Pentaqon Svifti onlayn dezinformasiyayla mübarizə aparmaq üçün NATO ilə işləməyə inandırıb. Sinq Amerika hökumətinin maliyyələşdirilməsi məsələsini qaldırarkən müğənninin “Out Of The Woods” mahnısına da istinad edib. Daha əvvəl bildirilmişdi ki, Taylor Sviftin dünya turnesi Ginnesin Rekordlar Kitabına düşüb və bütün zamanların ən çox gəlir gətirən turu olub.
Vəli Həsənov,
KONKRET.az