“The Specials” qrupunun solisti kimi şöhrət qazanan britaniyalı musiqiçi Terry Hall 64 yaşında vəfat edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə qrupun tviter səhifəsində bildirilib.
Məlumatda qeyd olunub ki, musiqiçi xəstəlikdən vəfat edib.
Qeyd edək ki, “The Specials” qrupu 1977-ci ildə yaradılıb. Terry Hall yaradıcılıq karyerası boyunca digər görkəmli Britaniya musiqiçiləri, Damon Albarn, “Lightning Seeds” rok qrupu və Lily Allen ilə əməkdaşlıq edib.
İqbal Rzayev,
KONKRET.az