Rejissor və aktyor Stanislav Qovoruxinin dul arvadı Qalina Qovoruxina Yeni Moskvanın Lesnoye Ozero kəndində baş verən yanğında ölüb.
KONKRET.az xəbər veirr ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin şəhər baş idarəsinin mətbuat xidmətindən bildiriblər.
“Stanislav Qovoruxinin dul arvadı Qalina Lesnoye Ozero kottec kəndində baş verən yanğında ölüb”, – mənbə bildirib.
Yanğının sahəsi 100 kvadratmetr olub. Alov söndürülüb.
Qalina Qovoruxina 1948-ci ildə anadan olub. Odessa kinostudiyasında işləyib.