Məşhur reper zorlamada ittiham olunurbackend

Məşhur reper zorlamada ittiham olunur

Məşhur reper və prodüser Sean “P Diddy” Combs 2003-cü ildə 17 yaşlı qıza qrup şəklində təcavüz etməkdə ittiham edilirdi.

KONKRET.az xəbər verir ki, bu barədə Variety xəbər verir .

Qeyd edilir ki, bu, son həftələrdə reperə qarşı dördüncü cinsi təcavüz iddiasıdır. Jane Doe təxəllüslü qız iddia edir ki, Combs və Bad Boy Entertainment-in prezidenti Harvey Pierre də daxil olmaqla digər iki nəfər onu reperin Nyu-Yorkda yerləşən  studiyasında zorlayıblar.

Məlumata görə, Doe R’n’B müğənnisi Cassandra Ventura da daxil olmaqla, digər qadınların Combs-a qarşı qaldırdığı iddialardan sonra məhkəməyə müraciət etmək qərarına gəlib.

Qeyd edək ki, Combs ittihamları rədd edir. O, adı və həqiqəti uğrunda mübarizə aparacağını bildirir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*