Məşhur reperi 25 il həbs cəzası gözləyir – Dəbdəbəli həyatı necə yaşayıb?backend

Məşhur reperi 25 il həbs cəzası gözləyir - Dəbdəbəli həyatı necə yaşayıb?

27 yaşlı amerikalı reper G Herbonu (Herbert Randall Wright III) oğurlanmış kredit kartlarından istifadə etdiyinə görə 25 ilə qədər həbs cəzası gözləyir.
KONKRET.az “Deadline”yə istinadən xəbər verir ki, onun işi üzrə qərar 2023-cü il noyabrın 7-də veriləcək.
G Herbo başqalarının kredit kartlarını oğurlamaqda və xüsusilə böyük miqyasda mənimsəmədə ittiham olunur. İttiham tərəfinin fikrincə, sənətçi başqalarının vəsaitlərinə çıxış əldə edərək, dəbdəbəli həyat yaşayıb: şəxsi təyyarələrdə uçub, lüks avtomobillər icarəyə götürüb, bahalı brend əşyalar alıb və dünyanın ən yaxşı kurortlarında istirahət edib.

Reper günahını tamamilə etiraf edib. Onun vurğu ziyanın ümumi məbləği 1,5 milyon dollar qiymətləndirilir.
“G Herbo oğurlanmış hesab məlumatlarından özünün qeyri-məhdud maliyyə mənbəyi kimi istifadə edib, qurbanların ödəniş kartlarından ekstravaqant həyat tərzini maliyyələşdirmək və karyerasını yüksəltmək üçün yararlanıb”, deyə vəkil Coşua Levi bildirib.
G Herbo musiqi karyerasına 2014-cü ildə iki mixtapın buraxılması ilə başlayıb.//Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*