Yevlaxda oğurluğa cəhd edilib.
Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə. hadisə fevralın 15-də Yevlax şəhəri ərazisində qeydə alınıb.
Orada yerləşən Taxıl Məhsulları Kombinatına gedən dəmir yolu xəttinin 100 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərən “Baku Steel Company” şirkətinin 5 nəfər işçisini Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.
Faktla bağlı araşdırma aparılır.