“Top Gun” və “Batman Forever” kimi filmləri ilə tanınan Val Kilmerin 65 yaşında hansı xəstəlikdən vəfat etdiyi məlum olub.
KONKRET.az xəbər verir ki, Val Kilmerin qızı Mersedes Kilmer açıqlamasında atasının bir müddətdir pnevmoniya ilə mübarizə apardığını deyib.
Mersedes Kilmer atasının bu xəstəlikdən dünyasını dəyişdiyini və ona 2014-cü ildə boğaz xərçəngi diaqnozu qoyulduğunu, lakin sonradan sağaldığını bildirib.
Aynurə İsmayıl
KONKRET.az