Məşhur YAP-çı xanım niyə həbs olunub? – YENİLƏNİB + DETALLARbackend

Məşhur YAP-çı xanım niyə həbs olunub? - YENİLƏNİB + DETALLAR

Binəqədi bələdiyyəsin keçmiş sədri Aytac Əliyevanın həbsinin səbəbləri barədə yeni məlumatlar yayılıb.

KONKRET.az-ın xəbərinə görə, qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, keçmiş bələdiyyə sədri YAP-da tanınan şəxslərdən biri ilə şərikli biznes qurub. Daha sonra ondan külli miqdarda pul alıb və geri qaytarmayıb.

Mənbə iddia edir ki, həmin şəxs dəfələrlə Aytac Əliyevadan borcunu tələb etsə də, pulu geri ala bilməyib. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Mənbənin sözlərinə görə, hadisə bir neçə ay bundan öncə baş verib. Aytac Əliyeva isə sentyabr ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Aytac Əliyeva hələ vəzifədə olarkən adı korrupsiyada hallanıb.

 

***

14:28

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

KONKRET.az unikal.org-a istinadən xəbər verir ki, o, məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub.

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*