Messi və Ronaldodan Pele ilə bağlı PAYLAŞIM – FOTObackend

Messi və Ronaldodan Pele ilə bağlı PAYLAŞIM - FOTO

Argentina millisinin və Fransa “PSJ”sinin hücumçusu Lionel Messi üçqat dünya çempionu Pelenin ölümünə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Messi onların birlikdə çəkdirdiyi fotosunu paylaşaraq “Rahat yat Pele” yazıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Leo Messi (@leomessi)


Portuqaliyalı hücumçu Kriştiano Ronaldo da Pelenin ölümünə münasibət bildirib. O, bu barədə Instagram səhifəsində yazı dərc edib. Ronaldo Pele ilə fotosunun altında yazıb:

“Əbədi Kralla vidalaşmaq üçün sadə bir söz heç vaxt bütün futbol dünyasının bu anda yaşadıqlarını ifadə etmək üçün kifayət etməyəcək”.

Portuqaliyalı Peleni yüz minlərlə insan üçün ilham mənbəyi adlandırıb və onun xatirəsinin hər bir futbol azarkeşinin yaddaşında əbədi qalacağını qeyd edib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Cristiano Ronaldo (@cristiano)


Qeyd edək ki, əfsanəvi futbolçu Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*