“Meta” 1,2 milyard avro CƏRİMƏLƏNDİbackend

"Meta" 1,2 milyard avro CƏRİMƏLƏNDİ

“Meta” istifadəçilərin şəxsi məlumatlarını ABŞ-a ötürdüyünə görə, İrlandiya Məlumatların Mühafizəsi Komissiyası tərəfindən 1,2 milyard avro cərimələnib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Məlumatların Mühafizəsi Şurası öz saytında məlumat yayıb.

Bildirilib ki, bu, Aİ-nin məxfilik qaydalarına əməl edilməməsinə görə ən böyük cərimədir.

Məlumata görə, “Meta” qərardan apellyasiya şikayəti verəcək və icranın dayandırılmasını tələb edəcək.

Qeyd edək ki, 2022-ci ilin noyabrında İrlandiya tənzimləyicisi Aİ məxfilik qaydalarını pozduğuna görə “Meta”nı 265 milyon avro cərimələyib. Aİ qanunlarına əsasən, məxfilik tənzimləyiciləri ciddi pozuntulara görə şirkətlərə illik gəlirinin 4%-ə qədər cərimə tətbiq etmək səlahiyyətinə malikdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*