“Metro dekabrın ilk günündən açılacaq” – Bəs “Bakı Metropoliteni”nin rəsmiləri nə düşünür? – AÇIQLAMAbackend

"Metro dekabrın ilk günündən açılacaq" - Bəs "Bakı Metropoliteni"nin rəsmiləri nə düşünür? - AÇIQLAMA

Azərbaycanda koronavirusa görə 1 dekabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Sosial şəbəkələrdə dekabrın 1-də metronun fəaliyyətə başlayacağı ilə bağlı fikirlər səsləndirlir. Dekabrın 1-də metro fəaliyyətə başlayacaqmı?

Bununla bağlı KONKRET.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun fəaliyyəti dekabrın 1-nə kimi dayandırılıb: “Əlbəttə hər şey Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. Əgər yeni bir qərar olmasa, dekabrın 1-də fəaliyyətə başlaya bilər. Bu məsələ Operativ Qərargahın səlahiyyətində olduğu üçün fikir söyəməkdə çətinlik çəkirəm.

Çünki bu, metronun texniki vəziyyəti ilə bağlı məsələ deyil. Koronavirusla bağlıdır. Peşəkar və ixtisaslaşmış qərar Operativ Qərargah tərəfindən verilə bilər. Operativ Qərargahla daimi ünsiyyətdəyik. Onlar da bilirlər ki, metropoliten bütün infrastrukturu hazır vəziyyətdə saxlayır. Bizim bütün cari məsələlərimiz yalnız sərnişindaşıma ilə bağlı deyil. Biz eyni zamanda texniki normativ sənədlərdən irəli gələn məsələləri də həll edirik. O sənədlərə əsasən bizim xətlərimizə, qatarlarımıza, ümumiyyətlə, bütün infrastruktura lazım olunan qulluq vaxtında edilir”.

Bəxtiyar Məmmədov vurğulayıb ki, metro açılandan sonra hansı qaydalarla işləyəcəyi ilə bağlı onda məlumat yoxdur: “Metronun açılması ilə bağlı qərar olarsa, həmin vaxt hər şey bəlli olacaq. Hesab edirəm ki, buna qədər metrodan istifadə edən sərnişinlər maska, sosial məsafə və digər məslələrlə bağlı tələblərə necə riayət edirdisə, yəqin bundan sonra da belə olacaq. Amma hələlik metronun fəaliyyətə başlaması ilə bağlı hər hansı göstəriş və tapşırıq gəlməyib”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*