Metroda ödəniş ilə bağlı YENİLİK OLACAQbackend

Metroda ödəniş ilə bağlı YENİLİK OLACAQ

Bakı metrosunda üz tanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir.

KONKRET.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.

Onun sözlərinə görə, hazırda “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə üz tanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*