Metroda yeni dövr başlayır: Artıq ödənişləri bu cür edəcəksinizbackend

Metroda yeni dövr başlayır: Artıq ödənişləri bu cür edəcəksiniz

Bakı Metropolitenində tələbə kartları ilə təmassız ödəniş sistemi sınaqdan keçirilir. Bu addım ictimai nəqliyyatda innovativ ödəniş üsullarının tətbiqi istiqamətində atılan növbəti addım hesab olunur. Bəs, əgər layihə uğurlu alınarsa, gələcəkdə bütün sərnişin kartlarının (şagird, müəllim, sosial kart və s.) bu sistemə inteqrasiyası mümkün olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, proses hələlik test mərhələsindədir:

Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL

“Bakıkart ilə Bakı Metropoliteninin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihəyə gələcəkdə həm özəl, həm də dövlət banklarının dəstəyinin olacağı gözlənilir. Əgər sistem uğurlu olarsa, tələbələr, yaşlılar və digər güzəştli kateqoriyadan olan sərnişinlər üçün gediş haqlarında güzəştlərin tətbiqi mümkündür.”

Ekspert qeyd edib ki, bu tip texnoloji yeniliklər gələcəkdə nəqliyyatda ödəniş prosesini daha sürətli və çevik edəcək:

“Bu, innovativ və müasir texnologiyalara əsaslanır. Hazırda məktəblilər üçün gediş haqqı ödənişlidir, lakin məktəb yaşına çatmayan azyaşlılar üçün metrodan istifadə tam pulsuzdur.”

Əsədovun sözlərinə görə, layihə uğurla nəticələnərsə, yaxın illərdə bütün sosial və güzəştli sərnişin kartlarının bu sistemə inteqrasiyası reallaşa bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*