Bakı şəhərində yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə metronun “Sahil” stansiyasının yaxınlığında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, metronun “Sahil” stansiyası yaxınlığında avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar, yanğın söndürülüb”, – deyə məlumatda bildirilir.