Belçikada ilk dəfə meymunçiçəyi virusunun yeni ştammı aşkar edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Belçikanın səhiyyə institutu açıqlama yayıb.
Qeyd edilib ki, virusun yeni variantı ölkənin fransızdilli Valon bölgəsində bir xəstədə aşkar edilib.
Açıqlamada xəstənin Afrikada virus əlamətləri göstərən şəxslə kontakt nəticəsində yoluxduğu və həmin şəxsin izoliyasiya olunduğu bildirilib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 14-də virusla bağlı fövqəladə vəziyyət elan edib.
Xəstəlik əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilib.//Qafqazinfo