Bir neçə gün öncə dünyasını dəyişmiş tanınmış meyxanaçı Elnur Valehin şəxsi instaqram hesabında paylaşım edilib.
KONKRET.az xəbər verir ki, mərhum meyxanaçının səhifəsindəki paylaşımda həmkarlarının dəfnə gəlməməsindən narazılıq edilib: “Elnur Valehin “Gülüm, gülüm” mahnısı ilə pul qazananlar, hardasınız ? Elnurun məzarının üztü boşdur, amma çələng ilə dolmalı idi. Elnur ölən günə qədər Niyama halallıq vermədi”.
Qeyd edək ki, meyxanaçı uzun müddət böyrək çatışmazlığından , şəkərli diabetdən əziyyət çəkib və iyulun 9-da vəfat edib.
Orxan
KONKRET.az