Microsoft şirkəti İsraillə texnoloji əməkdaşlıq səbəbilə həm ictimaiyyətin, həm də öz əməkdaşlarının tənqidlərinə məruz qalmağa davam edir. İndi isə ortaya çıxıb ki, şirkət işçilərin yazışmalarında “Fələstin”, “Qəzza” və “soyqırım” kimi ifadələrin istifadəsinə faktiki senzura qoyub.
KONKRET.az xəbər verir ki, Microsoft-un bəzi əməkdaşları bu sözləri ehtiva e-poçtların nə şirkət daxilində, nə də xarici alıcılara göndərilə bilmədiyini deyirlər. Onların sözlərinə görə, bu cür mesajlar bloklanır və ünvanına çatmır.
İddialara görə, bu addım ABŞ və İsrail arasında həyata keçirilən və Microsoft-un da iştirak etdiyi “Nimbus Layihəsi” kontekstində baş verir. Şirkət bu layihə çərçivəsində İsrailə texnoloji dəstək verdiyi üçün Qəzzadakı vəziyyətlə bağlı soyqırımda dolayısıyla şərik olmaqda günahlandırılır.
Şirkət isə məsələ ilə bağlı hələlik ictimai açıqlama verməyib.
Aynurə İsmayıl
KONKRET.az