Mikaelyan: “NATO nəinki Ermənistanı qəbul etməyəcək, heç onu müdafiə də etməyəcək”backend

Mikaelyan: “NATO nəinki Ermənistanı qəbul etməyəcək, heç onu müdafiə də etməyəcək”

“Əslində Günter Fehlinger sadəcə təxribatçıdır, sözlərinin heç bir mənası yoxdur, NATO Ermənistanı dəvət etmir. Bu təşkilat Ermənistanı heç vaxt müdafiə etməyəcək, Ermənistanı qəbul etməyəcək. Məsələ burasındadır ki, Fehlinger özü də Türkiyəni fəal şəkildə dəstəkləyir”.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Hrant Mikaelyan özünün Facebook səhifəsində yazıb:

“Mən hələ də Ermənistanda politoloqlar arasında reputasiya institutunun meydana çıxmasını gözləyirəm. Çünki bilərəkdən bir, iki, yüz əlli dəfə yalan danışanlar artıq ictimai rəyə təsir edə bilməsinlər.

Bu cür müzakirələrin özü Ermənistanın təhlükəsizliyi üçün son dərəcə təhlükəlidir, lakin indiki hakimiyyətin atmosferində onlar təmtəraqla çiçəklənir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*