Türkiyənin Sivas şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus uçurumdan aşıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.
Qəza ilə bağlı araşdırma aparılır.