Məzuniyyətə görə deputatlara əlavə vəsait verilmir, öz maaşlarını birdəfəlik alırlar. İyul və avqust ayları hesablanır, iki aylıq verilir”.
KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a deputatların gəlirlərinin müzakirəyə çıxarılması barədə danışan millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, deputatların gəlirlərinin müzakirə edilməsi doğru deyil:
“Bilirsiniz, belə mövzuların müzakirəyə çıxarılması dünyagörüşündən, insanların məlumatsızlığından asılıdır. Ay 15 min manat alırlar, 20 min manat alırlar… Axı əslində belə deyil. Faktlar şişirdilir. Bunu müzakirəyə çıxarmağa nə ehtiyac var?
Millət vəkili kasıb yaşamalı, kasıb geyinməlidir? Millət vəkili ayda bir neçə dəfə rayona gedir, insanlarla görüşür, müəyyən tədbirlərdə iştirak edir. Deputatın həmin yerlərə nimdaş formada getməsi yaxşı olar? Ona görə belə müzakirələr bizə ucalıq gətirmir”.