Son günlər Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başlanan siyasi-hüquqi proseslər fonunda Azərbaycanda yeni parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı mülahizələr səsləndirilir.
Bəs bu ehtimal hazırkı şəraitdə nə dərəcədə realdır? Milli Məclis hansı hallarda buraxıla bilər və bunun hüquqi mexanizmi nədən ibarətdir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ramiz Mehdiyev ətrafında baş verənlər prosesin getdikcə dərinləşdiyini və hadisələrin artıq müəyyən cavab dəyəri qazandığını göstərir.
