Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişdibackend

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişdi

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında məsələ müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, deputat Elnarə Akimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, deputat Anar İsgəndərov, Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Toponimiya Komissiyasının tərkibinə daxil edilirlər.

Komissiyanın sədr müavini, deputat Sevinc Fətəliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova isə komissiyanın tərkibindən çıxarılırlar.

Məsələ səsverməyə çıxarlaraq qəbul olunub.//Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*