Milli Məclisə seçkilərlə bağlı MARAQLI STATİSTİKAbackend

Milli Məclisə seçkilərlə bağlı MARAQLI STATİSTİKA

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının açıqladığı son rəqəmlərə görə, deputat adı uğrunda 125 dairədən 1052 iddiaçı mübarizə aparacaq.

Maraqlıdır, bundan əvvəlki 6 seçkidə neçə namizəd iştirak edib və həmin seçkilərdə seçici fəallığı necə olub?

KONKRET.az-ın məlumatına görə, parlamentin I çağırışına seçkilər 1995-ci ildə keçirilib.

Dairələr üzrə birmandatlı namizədlərin sayı 392 nəfər qeydə alınsa da, daha sonra onların 11-i mübarizədən geri çəkilmişdi. Seçici siyahısına daxil edilmiş 4132600 nəfər vətəndaşdan 3556277-i və ya 86,05 faizi seçkilərdə iştirak edib.

Noyabrın 5-i, 2000-ci ildə Azərbaycan parlamentinə ikinci seçkilər keçirildi. Birmandatlı (majoritar) sistem üzrə 408 namizəd qeydə alınmış və onların siyahısı elan edilmişdi. Sonradan bu rəqəm namizədliyini geri götürən və Mərkəzi Seçki Komissiyasının qərarı ilə namizədlər siyahısından çıxarılanlar hesabına azalaraq 390 nəfər olmuşdu. Seçici fəallığı isə 68.64% qeydə alınıb.

2005-ci ildə ilk dəfə olaraq Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçildi. Seçkilərdə 2063 nəfərin namizədliyi qeydə alınıb, daha sonra onlardan 552 nəfər namizədliyini geri götürüb və 1541 iddialı seçkilərdə mandat üçün mübarizə aparıb. Seçici fəallığı isə 42.20% olub.

Milli Məclisə 4-cü çağırış üzrə seçkilər isə 2010-cu il noyabrın 7-də keçirilib. Seçkilərdə 33 siyasi partiya, 5 seçki bloku və 690 namizəd iştirak edib. Seçici fəallığı isə 49.56% qeydə alınıb.

55.70% seçici fəallığının qeydə alındığı 2015-ci il parlament seçkilərində 125 mandat uğrunda 767 namizəd mübarizə aparıb. Seçkilərdə 15 siyasi partiya iştirak etmişdi.

Milli Məclisin 6-cı çağırış seçkiləri isə 2020-ci il 9 fevralda baş tutub. Bu, ölkə müstəqillik tarixinə ilk növbədənkənar parlament seçkiləri kimi düşüb. Seçkilərində iştirak etmək üçün rekord sayda – 2431 şəxs müraciət edib. Onlardan 1637 nəfərin namizədliyi qeydə alınmışdı. Lakin səsvermə gününə qədər 312 iddaçı geri çəkilmişdi. Beləcə, namizədlərin sayı 1325-ə enib. Onlarda 360 şəxs 19 siyasi partiyanı təmsil edib.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*