Millimizin bayraqdarı dəyişdirildi, Zəkiyev karantinə alındıbackend

Millimizin bayraqdarı dəyişdirildi, Zəkiyev karantinə alındı

Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində Azərbaycanın bayraqdarı Oloxan Musayev olacaq.

KONKRET.az xəbər verir ki, paracüdoçu Ramil Qasımovun koronavirus testi müsbət çıxıb. Onunla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib.

Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarımız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər.

Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib. 11 cüdoçu arasında İki qat Paralimpiya Çempionumuz İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Çempionu Oloxan Musayev olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*