Minasyan: “Belə çıxır ki, heç bir şans yoxdur. Paşinyan dövləti məhv edir”backend

Minasyan: “Belə çıxır ki, heç bir şans yoxdur. Paşinyan dövləti məhv edir”

“Bu hakimiyyət belə məntiqlə hərəkət edir: düşmən nə istəsə, verməliyik. Belə çıxır ki, heç bir şans yoxdur. Paşinyan dövləti məhv edir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri “Hayastan” fraksiyasının katibi, depitat Artsvik Minasyan bildirib.

Fraksiya katibi vurğulayıb ki, “Türkiyə-Azərbaycan tandeminin maraqlarına xidmət etməyən bir hökumət olmasa, Ermənistan həm müqavimət resurslarını toplaya, həm də beynəlxalq güc tapa bilər. Nikol Paşinyanla Azərbaycana qarşı durmaq mümkün deyil”.

“Sübut olunub ki, istənilən belə davranış dövlətçiliyin məhvinə gətirib çıxarıb”, – deyə Minasyan 30 illik müqaviməti xatırladıb.

“Bilirsiniz, Paşinyan nəinki geosiyasətdə düzgün mövqe tutmayıb, həm də Türkiyə-Azərbaycan maraqlarına xidmət edib və bunu yalnız öz hakimiyyətini saxlamaq üçün edib. Onun məqsədi birdir: hakimiyyətdə qalmaq. Onun üçün ölkənin neçə kvadrat kilometr ərazini əhatə etməsinin fərqi yoxdur”, – deyə müxalifətçi deputat fikrini yekunlaşdırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*