Ötən gün sosial şəbəkələrdə Mingəçevir və Gəncə ortasındakı ərazidən təyyarədən çəkilən görüntülər yayılıb.
KONKRET.az xəbər verir ki, həmin görüntülər müzakirələrə səbəb olub.
Sözügedən video haqda bəzi şəxslər dairəvi suvarma sistemləri , bəziləri isə yaşıllaşdırma üçün ərazi və ya AQRO parkın taxıl sahələri olduğunu iddia edirlər.
Bu görüntülərdə ərazinin hansı məqsədlə istifadə edildiyi və bu cür layihələrin ətraf mühitə necə təsir etdiyini öyrənmək istəyənlər üçün maraqlı suallar doğurur.
Həmin kadrları təqdim edirik: /milliaz
Bu dairəvi suvarma sistemi olan əkin sahələridir. Suvarma sistemi Pivot adlanır. Azərbaycanda çox yerdə bu çiləmə üsulu ilə əkin sahələri var.