Mingəçevirdə dəm qazından zəhərlənmə olub.
KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi-21 ünvanında baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Gülər Quliyeva və 2002-ci il təvəllüdlü Kamal Qocayev dəm qazından zəhərlənib.
Zəhərlənən ər-arvad xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
KONKRET.az