Mingəçevirdə məktəblini güllələyərək öldürən şəxs həbs olundu – YENİLƏNİBbackend

Mingəçevirdə məktəblini güllələyərək öldürən şəxs həbs olundu - YENİLƏNİB

Mingəçevirdə 16 yaşlı Xocalı sakinini öldürən şəxsin kimliyi məlum olub. 

KONKRET.az xəbər verir ki, həmin şəxs Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlixan Nuxa oğludur. O tapançadan açdığı atəşlə Xocalı rayon sakini olan 16 yaşlı məktəbli Kərimov Orxan Tofiq oğlunu öldürüb.

Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.

21:50

Mingəçevirdə qətl hadisəsi baş verib.  

KONKRET.az xəbər verir ki, hadisə “Energetiklər” yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat”  qəsəbəsində qeydə alınıb.

Belə ki, ərazidə olan parkda iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.

Qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini  Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*