Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. /APA
