Goranboyda minik maşını mal-qaraya çırpılıb.
KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Veyisli kəndi yaxınlığından keçən avtomobil yolunda baş verib.
Əldə edilən ilkin məlumata görə, VAZ markalı minik maşını iri buynuzlu mal-qaraya çırpılıb.
Hadisə zamanı yaralanan 1984-cü il təvəllüdlü sərnişin Əliyeva Xeyransa Cəlal qızı xəstəxanaya çatdırılıb.
Maşının vurduğu heyvan tələf olub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
KONKRET.az