MiQ-25 təyyarəsini qaçıran sovet pilotu öldübackend

MiQ-25 təyyarəsini qaçıran sovet pilotu öldü

MiQ-25 təyyarəsini Yaponiyaya qaçıran sovet pilotu Viktor Belenko ABŞ-da dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, Viktor 77 yaşında qısa sürən xəstəlikdən sonra vəfat edib. Məlumatı oğlu təsdiqləyib.

Qeyd edək ki, Belenko 1976-cı ildə bütün dünyada məşhurlaşdı. Onun idarə etdiyi MiQ Primorye üzərində təlim uçuşu zamanı təqribən 30 metr hündürlüyə qalxaraq Yaponiyaya doğru istiqamət alıb. Təyyarə Hakodate aerodromuna (Hokkaydo adası) enib. Belenko siyasi sığınacaq istəyib və bir neçə gün sonra ABŞ-a qaçıb.

Sovet qırıcısı amerikalı mütəxəssislər tərəfindən öyrənildikdən sonra təyyarə SSRİ-yə qaytarılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*