Mirziyoyev: “Konstitusiyanın öyrənilməsinə uşaq bağçasından başlanmalıdır”backend

Mirziyoyev: “Konstitusiyanın öyrənilməsinə uşaq bağçasından başlanmalıdır”

“Özbəkistan Konstitusiyasının öyrənilməsinə uşaq bağçasından başlanmalıdır və dövlət qulluğuna müraciət edərkən ölkənin əsas qanununun əsasları ilə bağlı biliklər yoxlanılmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu respublika prezidenti Şavkat Mirziyoyev dekabrın 8-də Konstitusiya Günü münasibətilə xalqa təbrikində vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, bu il ölkə tarixində ilk dəfə referendumda Konstitusiyanın yeni variantı qəbul edilib.

“Konstitusiyanın yeni redaksiyasında beş əsas müddəa qəti şəkildə öz əksini tapıb – Özbəkistan suveren, demokratik, hüquqi, sosial və dünyəvi dövlətdir. Onun məzmunu köklü surətdə təkmilləşdirilmiş və yeni fəsillər və mətnlərlə tamamlanıb.

Xalqımızın iradəsinə uyğun olaraq, biz Əsas Qanunda təsbit olunmuş prinsipləri praktikada tam şəkildə həyata keçirməli və onları həyatımızın ayrılmaz hissəsinə çevirməliyik”, – deyə Mirziyoyev vurğulayıb.

Prezident xüsusi olaraq bunları bildirib:

1. Konstitusiya normaları bilavasitə bütün dövlət qurumlarının, o cümlədən məhkəmələrin fəaliyyətinə tətbiq edilsin;

2. Məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyəti insan hüquqlarının, azadlıqlarının və qanuni mənafelərin müdafiəsinə yönəldilsin;

3. Konstitusiya prinsipinin həyata keçirilməsi üçün qanunvericilik aktlarında 150-dən müddəa bird aha nəzərdən keçirilsin. O cümlədən, bəzi əməllər cinayətlər kateqoriyasından çıxarılsın;

4. Ombudsmanların və digər milli insan hüquqları institutların işi təkmilləşdirilsin;

5. Vətəndaş-dövlət münasibətlərində bürokratik maneələr, o cümlədən bu prosesdə mövcud olan korrupsiya faktorlarının aradan qaldırılması istiqamətində fəaliyyəti davamlı şəkildə davam etdirilsin;

6. Dövlət orqanlarının və dövlət məmurlarının hesabatlılığı artırılsın, vətəndaş cəmiyyəti institutları və media dəstəklənsib, sosial tərəfdaşlıq dərinləşdirilsin.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*