Mirzoyan Ərdoğanın fikrinə münasibət bildirməkdən İMTİNA ETDİbackend

Mirzoyan Ərdoğanın fikrinə münasibət bildirməkdən İMTİNA ETDİ

Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması təkcə Azərbaycanda deyil, Ermənistanda da geniş müzakirə edilir. Bu gün Ermənistan parlamentində çıxış edən xarici işlər naziri Ararat Mirzoyana da bununla bağlı sual ünvanlanıb.

Əvvəlcə təxirə salınan Vaşinqton görüşünə münasibət bildirməyi xahiş edən jurnalistlərə Mirzoyan bildirib ki, bununla bağlı heç bir şərh verməyəcək. Məsələylə bağlı Ermənistan Xarici İşlər Nazirliyi müvafiq açıqlama yayıb. Jurnalistlər isə israrla Mirzoyandan nəsə qoparmağa çalışsalar da, istəklərinə nail ola bilməyiblər.

Ərdoğanın “Zəngəzur dəhliziylə bağlı Ermənistanla heç bir problem yoxdur, sadəcə İran mane olur” fikrinə Mirzoyanın münasibətini öyrənmək cəhdləri də nəticəsiz qalıb.

“Ərdoğanın açıqlamasına münasibət bildirməyəcəyəm, əl çəkin” deyə erməni nazir jurnalistlərə qəzəblənib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*