Mirzoyan Lavrovla görüş üçün Moskvaya getməkdən buna görə imtina edib – Arşakyan ƏSL SƏBƏBİ AÇIQLADIbackend

Mirzoyan Lavrovla görüş üçün Moskvaya getməkdən buna görə imtina edib – Arşakyan ƏSL SƏBƏBİ AÇIQLADI

“İrəvanın  Avrasiya İqtisadi İttifaqının (Aİİ) və KTMT-nin üzvü olması artıq Moskva üçün kifayət etmir. Rusiya İttifaq dövlətində də Ermənistanı görmək istəyir. Amma bu baş verməyəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Belarus totalitar dövlətdir, ölkəni 28 ildir diktator Lukaşenkonun sərt əli idarə edir. Bu isə o deməkdir ki, Rusiya və Belarusun Ermənistanı İttifaq dövləti sıralarında görmək istəyi ilə bağlı erməni cəmiyyətinə eyham vurmaq əmri Moskva və Minskdəki ən yüksək dairələrdən verilib. Bu, başa düşüləndir – diktatorlar Putin və Lukaşenko təcili olaraq təbəələrinin gözündə öz imicini yüksəltməli, keçmiş sovet respublikaları arasında görüntü yaratmalıdır. Moskvanın son hərəkətləri məhz bu məsələyə yönəlib.  Ermənistanı Rusiya və Belarusun ittifaq dövlətinə çəkmək qarşıya məqsəd qoyulub. Mirzoyan Lavrovun onunla danışıqlarda yenidən bu mövzunu qaldıracağını anlayıb və buna görə də Moskvaya getməkdən imtina edib” – deyə Arşakyan vurğulayıb.

“Ermənistan Putin və Lukaşenkonun İrəvanı İttifaq dövlətinə sürükləmək cəhdlərinə müqavimət göstərmək üçün mübarizə aparır. Ağlı başında olan heç kim diktatorların xeyrinə öz suverenliyinin bir hissəsini itirmək istəmir. Üstəlik, Ermənistan yaxın gələcəkdə KTMT-ni, tərk edə bilər. Birdən-birə düşmənimizə çevrilən “strateji müttəfiq”lə bağlı İrəvan artıq bu qənaətə gəlib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İrəvanın İttifaq dövlətinə daxil olmaq məsələsini nəzərdən keçirmədiyini açıqlayıb. Eyni zamanda, o, İrəvana təzyiqlərin güclü olduğunu gizlətməyib: “Ermənistan bu və ya digər təzyiqlərə müqavimət göstərəndə hərbi təcavüz şəklində təzyiqlərlə üzləşir”, – Qriqoryan bildirib”.

Laçın dəhlizinin bağlanması məsələsinin arxasında Moskvanın Ermənistanı özünə daha sıx bağlamaq istəyi dayanır. İrəvanın Aİİ və KTMT-yə üzvlüyü artıq Kremlə kifayət etmir, Ermənistan İttifaq dövlətində də ruslara lazımdır. Amma bu baş verməyəcək. Allaha şükür ki, bu gün Kremlin marionetləri Koçaryan və ya Sarkisyan hakimiyyətdə deyil. Odur ki, Ermənistanın iki diktatura rejiminin, dünyadan qovulmuş – Rusiya və Belarusun birliyində yeri yoxdur” – deyə Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*