Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Rusiyanın paytaxtı Moskvaya işgüzar səfər edəcək.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Mirzoyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub. Danışıqlardan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.