Misir Rusiyanın köməyi ilə atom elektrik stansiyası tikirbackend

Misir Rusiyanın köməyi ilə atom elektrik stansiyası tikir

Rusiyanın iştirakı ilə çərşənbə günü Misirin ilk atom elektrik stansiyası olan “El Dabaa”nın tikintisinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyası məlumat yayıb.

İlk betonun tökülməsi ilə tikinti meydançasında təntənəli mərasim keçirilib.

“Biz beton tökməyə başladıq”, – deyə “Rosatom” bildirib.

Atom elektrik stansiyası Qahirədən 350 km aralıda, Aralıq dənizi sahilindəki Matruh bölgəsində yerləşir. O, Rusiyanın VVER-1200 reaktorlarından ibarət dörd enerji blokundan təşkil olunacaq. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*