Arxeoloqlar Misirdə dilləri qızıldan olan bir neçə mumiya aşkar ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Sciencealert” məlumat yayıb.
Bildirilib ki, mumiyalar Nil deltasındakı Quveysna nekropolunda tapılıb.
Məlumata görə, 1989-cu ildə kəşf edilən ərazində insanlar eramızdan əvvəl 300-640-cı illərdə məskunlaşıb.
Aşkar edilən skeletlərin bəzilərinin sümükləri qızılla örtülmüş vəziyyətdə tapılıb.
Qeyd edək ki, qədim Misirdə qızıldan dəfn mərasimləri üçün bəzək əşyalarının hazırlanmasında geniş istifadə edilib.
İqbal Rzayev,
KONKRET.az