Misirin güləş üzrə milli komandasının idmançısı Məhəmməd Elsəid Paris polisi tərəfindən cinsi təcavüz ittihamı ilə həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri yazıb.
Mənbə qeyd edir ki, hadisə avqustun 9-da yerli vaxtla saat 3:30-da kafelərdən birinin yaxınlığında baş verib.
İyirmi altı yaşlı idmançı sərxoş olub və naməlum qadına qarşı əxlaqsızlıq hərəkətlər edib.
Xatırladaq ki, Elsəid Olimpiya Oyunlarında 1/8 finaladək (67 kiloqram çəkidə) yüksəlib.
Günel Mikayılova,
KONKRET.az