backend

MİT-in yeni binası istifadəyə verildi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İstanbuldakı bölgə idarəsinin yeni binası istifadəyə verilib.

KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan binanın açılış mərasimində iştirak edib.

Mərasimdə çıxışı zamanı agentliyin qərargah binasının keçən ilin yanvar ayında açıldığını xatırladan Türkiyə Prezidenti Milli İstehbarat Təşkilatını Türkiyənin ən əhəmiyyətli milli qurumlarından biri adlandırıb. Rəcəb Tayyib Ərdoğan agentliyin əməkdaşlarının nümayiş etdirdiyi fədakar mübarizədən, son zamanlar keçdiyi keşməkeşli yoldan danışıb.

Prezident son illər İstanbulun yalnız Türkiyənin deyil, dünyanın da mərkəzi halına gəldiyini, burada atılan hər addımın dünya ölkələrinin diqqət mərkəzində olduğunu vurğulayıb.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*