Şirvanda mikroavtobus qəzasında yaralananların adları bilindi – YENİLƏNİB + FOTObackend

Şirvanda mikroavtobus qəzasında yaralananların adları bilindi - YENİLƏNİB + FOTO

Şirvanda yol qəzasında 6 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Şıxəli Qurbanov küçəsində 10 saylı marşrut üzrə işləyən sərnişin mikroavtobusu “Mitsubishi” markalı avtomobillə toqquşub. Bundan sonra hər iki avtomobil yolun kənarındakı hasara çırpılıb.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şahnisə Qəhrəman qızı, 1958-ci il təvəllüdlü Şəbiyev Səxavət Zaman oğlu, 1971-ci il təvəllüdlü Şəfiyev Zaur Əliqulu oğlu, 1955-ci il təvəllüdlü İsmayılova Rahilə Məhəmməd qızı, 1975-ci il təvəllüdlü Mehdiyeva Müşfiqə Xudayar qızı və 1979-cu il təvəllüdlü Əliyev Vasif Sədaqət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırııb.

Faktla bağlı araşdırma aparılır./Report

18:05

Şirvanda mikroavtobusla minik avtomobili toqquşub.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Ş.Qurbanov küçəsində 10 saylı marşrut xətti üzrə işləyən sərnişin mikroavtobusu ilə “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. Mikroavtobus daha sonra fərdi yaşayış evinin hasarına çırpılıb. Telefon xəttinin dirəyi aşıb.

Qəza nəticəsində doqquz nəfər yüngül xəsarət alıb. Onlardan yeddi nəfər ambulator tibbi yardım alıb, iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*