Mixael Şumaxerin “Ferrari”si də satıldı – FOTOLARbackend

Mixael Şumaxerin “Ferrari”si də satıldı - FOTOLAR

Əfsanəvi pilot Mixael Şumaxer 2002-ci ildə “Formula-1”in çempionu olduğu “Ferrari F2002” satılıb.

KONKRET.AZ xəbər verir ki, almaniyalı pilota 5-ci çempionluq qazandıran avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən auksionda yeni sahibini tapıb.

Mövsümün 17 yürüşündən 11-də qalib gələn M.Şumaxer bunların üçündə – San-Marino, Avstriya və Fransa Qran-Prilərində məhz bu bolidi idarə edib. Avtomobil 6,6 milyon dollara satılıb.

Qeyd edək ki, 50 yaşlı M.Şumaxer “Formula-1”in yeddiqat çempionudur. 1994 və 1995-ci illərdə “Benetton”la qalib olan pilot 2000-2004-cü illərdə “Ferrari” ilə ardıcıl 5 uğur qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*