MN: Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcəkbackend

MN: Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 09.09.2024-cü il tarixdən 13.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək”, – məlumatda deyilir.

Bildirilir ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*