MN: SMS xidməti ilə Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildibackend

MN: SMS xidməti ilə Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi

Azərbaycan Qarabağda yaşayan mülki erməni əhaliyə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir.

Müraciətdə bildirilib ki, MN yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhali hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb.

“Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır”, MN-in məlumatında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*