Moldova dilinin adı DƏYİŞDİRİLİRbackend

Moldova dilinin adı DƏYİŞDİRİLİR

Moldova Elmlər Akademiyası Fəaliyyət və Həmrəylik partiyasının (PAS) dövlət sənədlərində Moldova dilinin adının rumın dilinə dəyişdirilməsi təklifini dəstəkləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bəyanat Akademiyanın saytında yerləşdirilib.

“Dilimizin düzgün adının qaytarılması bu məsələ ilə bağlı bitib-tükənməyən lüzumsuz müzakirələrə, onilliklər boyu davam edən spekulyasiyalara son qoyacaq”, – açıqlamada deyilir.

Məlumata görə, 2013-cü ildə Konstitusiya Məhkəməsi rumın dilinin ölkədə dövlət dili olması barədə qərar qəbul edib. Eyni zamanda, Moldova Konstitusiyasına əsasən, ölkədə dövlət dili latın əlifbasına əsaslanan Moldova dilidir, bu variant rumın dilinə bənzəyir. Moldova məktəb və universitetlərində rumın dili, kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız Dnestryanı bölgədə tədris olunur.

Qeyd edək ki, Fəaliyyət və Həmrəylik partiyasının təklifinə baxılması üçün təşəbbüsü 67 deputat dəstəkləməlidir, partiyanın parlamentdə 63 mandatı var.

İqbal Rzayev,

KONKRET.az

  • Nadir Həsənov
    Mart 1, 2023 - 09:15

    Nə Rumın dili, nə də Moldov dili var. Onlar eyni etnosdur və Bessarabdırlar. Eynən Cənubi və Şimali Azərbaycan kimi. Bu əsələ bizim kimi onların da ağrılı yeridir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*