Moldova prezidenti Maya Sandu Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.
“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və Aİ-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, – Moldova Prezidenti paylaşımında bildirib.