Moldova XİN başçısı: “Rusiya ordusunu Dnestryanıdan çıxarmalıdır”backend

Moldova XİN başçısı: "Rusiya ordusunu Dnestryanıdan çıxarmalıdır"

Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Rusiya hərbçilərinin tanınmamış Dnestryanı bölgədən çıxarılmasını, eləcə də orada sovet dövründən qalan silah-sursat anbarının ləğvini tələb edib.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, o, bu barədə dekabrın 1-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

“Biz 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən sammitində Moskvanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Rusiya ordusunun Moldova Respublikası ərazisindən tam və qeyd-şərtsiz çıxarılmasını qətiyyətlə tələb edirik. Kolbasna yaxınlığındakı sursat anbarı bütün region üçün təhlükə yaradır”, – Popesku deyib.

Nazir hesab edir ki, Rusiya Silahlı Qüvvələri Moldovanın suverenliyini pozur.

Qeyd edək ki, 2018-ci ilin iyununda BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanı bölgədən çıxarmağa çağırıb, qətnaməni 64 dövlət dəstəkləyib, 14-ü əleyhinə çıxıb, daha 83 ölkə bitərəf qalıb. Bundan əvvəl Moldova Prezidenti Maya Sandu dəfələrlə Dnestryanıdakı silah-sursat anbarlarını qoruyan Rusiya hərbçilərinin geri çəkilməsinə çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*