Moldovada daha 5 müxalifət kanalı bağlandıbackend

Moldovada daha 5 müxalifət kanalı bağlandı

Moldova hakimiyyətinin müxalifət nümayəndələrinə efir vaxtı verən daha beş televiziya kanalının yayımını qadağan etmək qərarı daha 500 jurnalistin və texniki işçinin işdən çıxarılmasına səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Stop Media Ban” hüquq müdafiə təşkilatı məlumat yayıb.

Təşkilatın rəhbəri, teleaparıcı Lyudmila Belçenkova deyib: “Beş yüzdən çox media işçisi işini itirdi, bu işsizlik dalğası Moldovada onsuz da ağır olan iqtisadi vəziyyəti daha da ağırlaşdırır.”

O, hakimiyyətin 13 müstəqil televiziya kanalına və müxalifətə söz verən onlarla portala son qadağası kimi, bunun media sektorunda əmək bazarına dağıdıcı təsir göstərdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*