İranın molla rejiminə xidmət edən daha bir axund işdən çıxarıldı.
KONKRET.az bu barədə teleqram kanallarına istinadən xəbər verir.
Məlumata görə, İmişli rayon məscidinin axundu Hacı Adıgözəl Bəşirli tutduğu vəzifədən azad edilib. Onun İranın molla rejimini təbliğ etdiyi üçün işdən çıxarıldığı bildirilir.
Qeyd edək ki, bu gün Xırdalanın axundu Azər Sani də vəzifəsindən uzaqlaşdırılıb.//Musavat.com